İnsanlara hürriyət, millətlərə istiqlal!

Yuşşenko: "Azərbaycan xalqının bəxti gətirib ki, onların Heydər Əliyev kimi lideri olub"

"Azərbaycanın ümummilli lideri Heydər Əliyev ən çətin işin - millətin formalaşmasının öhdəsindən gəldi".

"Report" xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının bəxti gətirib ki, onların lideri ən çətin vaxtlarda hər məsələdə balansı qorumağı bacaran Heydər Əliyev olub.

O qeyd edib ki, Ukrayna Mərkəzi Bankının rəhbəri olarkən Heydər Əliyevi Ukraynada qəbul etmək şərəfinə nail olub və Azərbaycanın ilk milli valyutasının çapına dair əmr alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR