İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan GERİ ADDIM ATDI - Nazir Ərdoğanla danışmaq istəyir

Davosda Dünya İqtisadi Forumunda (WEF) iştirak edən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis oradakı çıxışı zamanı Türkiyə ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Mitsotakis hər zamankı kimi Türkiyəni hədəf alan açıqlamalarının əksinə olaraq, Ankara ilə aralarındakı fikir ayrılıqlarını danışaraq həll etməyin mümkün olduğunu düşündüyünü bildirib.

"Prezident Ərdoğanla həll yolu tapmağın mümkünsüzlüyünü düşünmürəm. Biz Türkiyə ilə döyüşməyəcəyik. Yetkin insanlar kimi Türkiyə ilə oturub Egey və Şərqi Aralıq dənizindəki problemləri həll etməyi bacarmalıyıq” - nazir deyib.

Egeydəki vəziyyətin coğrafiyasına görə mürəkkəb bir məsələ olduğunu bildirən Mitsotakis Yunanıstanın İtaliya və Misirlə oxşar fikir ayrılıqlarını həll etməyi bacardığını deyib.

Yunan nazir bu il öz ölkələrində olduğu kimi Türkiyədə də seçkilər olacağından danışıb: “Türkiyədə seçkilərdən hansı hökumətin çıxacağını bilmirəm, amma mütləq gərginliyi azaltmaq və ümumi maraqlar üzərində işləmək üçün yollar olduğunu düşünürəm. Biz bunu sivil yolla edə bilərik”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR