Onlayn ictimai-siyasi qəzet
Yunanıstan adasında qazaxıstanlıların iştirakı ilə baş verən insidenti Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi şərh edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Yunanıstana məxsus Hidra adasındakı meşə yanğını ilə əlaqədar qazaxıstanlıların kirayələdiyi yaxtanın 13 sərnişininin və ekipaj üzvünün həbs edildiyi bildirilirdi.
“Tovima” portalının xəbərinə görə, meqayaxta Qazaxıstandan olan bir qrup istirahətçi tərəfindən icarəyə götürülüb. Yerli mətbuatda qazaxıstanlıların saxlanması ilə bağlı məlumat dərc olunub.
“Qazaxıstan konsulu bu məlumatın dərcindən dərhal sonra bu işlə bağlı Yunanıstan hakimiyyəti ilə əlaqə saxlayıb. Polis saxlanılanlar arasında Qazaxıstan vətəndaşlarının olmadığını və onlara qarşı heç bir iddia irəli sürülmədiyini bildirib”, - Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ