Onlayn ictimai-siyasi qəzet
Bəzi iri ticarət şəbəkələrində yumurtanın qiyməti artım müşahidə edilib.
Əvvəllər 12-13 qəpiyə satılan yumurta bir neçə gündür ki, daha baha 17-18 qəpiyə təklif olunur.
Bəs bu bahalaşmanın səbəbi nədir?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Milli.Az-a bildirib ki, yumurtanın qiymətində artım yox, ucuzlaşma var.
"Əvvəllər 16-18 qəpik olan yumurta hazırda 13-14 qəpiyə təklif olunur. Kifayət qədər ehtiyat yumurta olduğundan bolluq səbəbindən Novruz bayramına qədər məhsulda qiymət artımı gözlənilmir".
13 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ