Onlayn ictimai-siyasi qəzet
Yevlax şəhərində qətl törədilib.
Yevlax Rayon Prokurorluğundan Musavat.com-a bildirilib ki, fərdi yaşayış evlərindən birində martın 2-də, saat 3 radələrində 1987-ci il təvəllüdlü Laləzar Bəkirovanın öldürülməsi barədə məlumat alıblar.
İlkin araşdırmalarla 1986-cı il təvəllüdlü Həsrət Bəkirovun ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ