İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevlaxda parkda güllələnən şəxs azyaşlılara qarşı qeyri-etik hərəkətlər edibmiş - VİDEO

Yevlax şəhərindəki parkda 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun başından güllələnərək öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı “TikTok”da videoları ilə tanınan Əhmədin sosial şəbəkədəki fəaliyyətinə görə öldürülməsi üzə çıxıb.

Belə ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Saleh Azər oğlu Əliyev Ə.Nəsibovun azyaşlılarla bağlı qeyri-etik hərəkətlər etdiyini iddia edib.

O, ilkin ifadəsində 32 yaşlı şəxsi bu səbəbdən parkda “Makarov” markalı tapança ilə güllələdiyini bildirib.
Hadisənin görüntüləri ərazidə olan şəxs tərəfindən lentə alınıb.

Fakta görə Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR