İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulub

Yevlax şəhərində törədilən cinayətlə bağlı təqsirləndirilən şəxs tutulub.

"Report" xəbər verir ki, mayın 19-da Yevlax sakini 1984-cü il təvəllüdlü Ləman Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 1964-cü il təvəllüdlü Mətləb Şükürovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Ləman Şükürovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Mətləb Şükürov Yevlax rayon mərkəzi xəstəxanasında tibbi müayinədən keçirilərək müalicə edilib və vəziyyəti stabil olduğundan prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR