Onlayn ictimai-siyasi qəzet
“Düşünürəm ki, Yevlaxda danışıqlar getməyib, orada ancaq şəkil çəkdiriblər, çünki azərbaycanlılara ancaq foto lazım idi”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Qarabağda qondarma separatçı qurumun “keçmiş ərazi idarəetmə və infrastruktur naziri” Ayk Xanumyan deyib.
“Qoy Şahramanyan harada və kimlərlə danışıqlar apardığını desin. Yevlax sadəcə bir fotodan ibarət idi, əsl proses Şuşada baş verdi”, - deyə Xanumyan bildirib.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ