İnsanlara hürriyət, millətlərə istiqlal!

Yerin sürəti azalıb, gün uzanıb - Alimlər açıqladı - FOTO

"Qlobal istiləşmə nəticəsində qütb buzlaqlarının əriməsi Yerin fırlanma sürətini dəyişdirir və bununla da günün uzunluğunu artırır".

Bu barədə tədqiqatın nəticələri ABŞ-nin "Proceedings of the National Academy of Sciences" elmi jurnalında dərc edilib.

Alimlər qeyd edirlər ki, zamandakı dəyişikliklər cüzidir - gündə bir neçə millisaniyə. Hazırda Yerdə gün 86,4 min saniyə davam edir. Lakin müasir yüksək texnologiyalı dünyada bu millisaniyələr insanların etibar etməyə vərdiş etdiyi hesablama sistemlərinə, məsələn, GPS-ə mühüm təsir göstərir.

"Bu belə işləyir: insanlar dünyanı isitdikcə, buzlaqlar və buz örtükləri əriyir, bu ərinti suyu qütblərdən ekvatora axır. Bu vəziyyət planetin formasını dəyişdirir - qütblərdə yastılaşdırır və ortada daha qabarıq edir - beləliklə də, onun fırlanmasını yavaşladır", - deyə tədqiqatçılar izah edirlər.

Qeyd olunur ki, Ayın cazibə qüvvəsi də böyük rol oynayıb və bu, tədricən Yerin fırlanmasını yavaşladıb.

Mütəxəssislərin proqnozlarına görə, istixana qazlarının emissiyalarının artması ilə günün uzunluğu əsrdə 2,4 millisaniyə arta bilər.

Alimlər bu nəticələrə 1900-2100-cü illəri əhatə edən 200 illik dövrü təhlil edərkən gəliblər. Onlar iqlim dəyişikliyinin keçmişdə günün uzunluğuna necə təsir etdiyini başa düşmək və gələcəkdə onun rolunu proqnozlaşdırmaq üçün müşahidə məlumatlarından və iqlim modellərindən istifadə ediblər./oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR