İnsanlara hürriyət, millətlərə istiqlal!

Yerdən təyyarəyə göndərilən “bəla” - Rusiya GÖRÜN NƏLƏR EDİR

Rusiya ittihamları və GPS nasazlığının arxasında yatan həqiqətlər

Avropa Komissiyası Bolqarıstana uçuş zamanı Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin təyyarəsinin GPS naviqasiya sistemlərində problemlərin meydana gəldiyini, buna baxmayaraq təyyarənin uğurla eniş etdiyini təsdiqləyib. “Trend” xəbər verir ki, bunu AK nümayəndəsi Ariana Podesta Brüsseldə keçirdiyi brifinqdə deyib.

“Biz təsdiq edirik ki, GPS naviqasiyası pozulub, lakin təyyarə uğurla eniş edib. Bu insident sədrin cəbhəyanı dövlətlərə hazırkı səfərinin əhəmiyyətini vurğulayır. Burada o, Rusiya və onun əlaltılarının gündəlik təhdidlərini öz gözləri ilə gördü”,-deyə Podesta qeyd edib

Onun sözlərinə görə, Bolqarıstan hakimiyyəti bu insidentdə Rusiyanı günahlandırır. 

Kremlin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Rusiya Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin təyyarəsinin enişi zamanı GPS sistemində baş vermiş nasazlığa görə məsuliyyət daşımır. Peskov bu ittihamları əsassız adlandırıb.

GPS sistemlərinin bloklanması, xüsusilə təyyarə və digər nəqliyyat vasitələrində ciddi təhlükəsizlik problemləri yarada bilər. Lakin bu cür nasazlıqların mütləq qəza ilə nəticələnmədiyi vurğulanır. GPS-in bloklanması və ya itirilməsi müxtəlif səbəblərdən baş verə bilər və bir çox hallarda bu çətinliklər peşəkar pilotlar tərəfindən idarə oluna bilər.

GPS-in bloklanma səbəbləri arasında texniki nasazlıqlar, hava şəraiti və ya köhnəlmiş avadanlıqlar yer alır. Məsələn, təyyarə və ya yerüstü cihazlarda yaranan sensor problemləri və ya proqram təminatındakı xətalar siqnalın səhv alınmasına və ya itirilməsinə səbəb ola bilər. Eyni zamanda, kəskin hava şəraiti-şiddətli yağış, qasırğa və buzlanma GPS siqnalının zəifləməsinə və ya tamamilə itirilməsinə yol aça bilər. Belə hallarda, təyyarə naviqasiyasının digər sistemlərindən istifadə edilir.

Alternativ naviqasiya sistemləri təyyarə ekipajlarına təhlükəsiz uçuşu təmin etmək üçün geniş imkanlar təqdim edir. Məsələn:

İnertial naviqasiya sistemləri (INS)-GPS ilə müqayisədə daha az dəqiq olsa da, uzun müddətə dayanıqlı alternativlərdən biridir.

Radarlar-təyyarənin mövqeyini müəyyən etmək üçün hava limanlarında və təyyarədə istifadə olunur.

VOR/DME- (VHF Omnidirectional Range/Distant Measuring Equipment) sistemləri, ənənəvi radio naviqasiyasını təmin edir və GPS olmadan da təyyarəni düzgün yönləndirə bilir.

Optik naviqasiya metodu ilə pilotlar yerə yaxınlaşdıqları zaman vizual olaraq naviqasiya edə bilərlər.

Bu alternativ sistemlər, təyyarə ekipajlarına GPS-nin itirilməsi vəziyyətində də təhlükəsiz uçuşu təmin etmək üçün lazım olan bütün imkanları təqdim edir. Modern aviasiya sahəsində hər bir uçuş üçün ehtiyat naviqasiya sistemləri və idarəetmə protokolları mövcuddur.

Nəticə olaraq, GPS-nin itirilməsi ciddi bir vəziyyət olsa da, bu heç də həmişə qəza ilə nəticələnmir. Təcrübəli pilotlar və müasir təhlükəsizlik tədbirləri sayəsində bu cür hallarda uçuşun təhlükəsiz şəkildə başa çatması təmin olunur.

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov qəzetimizə açıqlamasında bildirdi ki, həm hərbi, həm də mülki təyyarələrdə naviqasiya önəmlidir. O, vurğuladı ki, naviqasiyanın olmaması pilotun “kor” olması deməkdir: “Pilot təyyarəni naviqasiyasız idarə edə bilməz. Naviqasiyasız təyyarəni endirə bilən pilot çox məharətlidir. Görünən odur ki, sözügedən hadisədə təyyarəni aşağı səviyyədə, Yer kürəsini  görənə qədər uçurub. Bütün təyyarələr naviqasiyalarla, GPS-lərlə idarə olunur. Bu da bir növ təyyarələr üçün təhlükəsizliyi təmin edir. Yer kürəsi adından göründüyü kimi, yumru formadadır. Mülki təyyarələr adətən 10-10400 metr hündürlükdə uçur. Nə qədər hündürdə uçsa da, o qədər gücə düşmür. Daha aşağı hündürlükdə uçuşlarda isə bu, təzyiq deməkdir. naviqasiyasız uçuş həyata keçirmək qəza riskinin yaranması deməkdir”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR