İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ - Yeri güclü maqnit qasırğası VURDU

Hazırda Yer kürəsində G3 səviyyəli maqnit qasırğası qeydə alınır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu TASS agentliyinə açıqlayıb.

Maqnit sahəsindəki narahatlıq “G3” göstəricisi ilə qiymətləndirilib ki, bu da 5 ballıq şkalada “güclü” səviyyə hesab olunur. Qeyd edək ki, bu şkalada G1 zəif, G5 isə son dərəcə güclü maqnit qasırğasını ifadə edir.

Mütəxəssislərin sözlərinə görə, bu cür maqnit aktivliyi texnoloji sistemlərə təsirsiz ötüşməyə bilər. Xüsusilə elektrik enerjisi şəbəkələrində nasazlıqlar, qoruyucu sistemlərin səhv siqnallar verməsi və transformatorların həddindən artıq qızması kimi halların yaşanması mümkündür.

Bundan əlavə, peyk rabitəsində, aşağı tezlikli naviqasiya sistemlərində və yüksək tezlikli radio siqnallarında fasilələr müşahidə oluna bilər. G3 səviyyəli maqnit qasırğası həmçinin atmosferdə qeyri-adi optik hadisələrə – orta enliklərdə qütb parıltılarının görünməsinə şərait yarada bilər.

Mütəxəssislər yaxın saatlarda bu aktivliyin davam edə biləcəyini bildirir və xüsusilə texnoloji infrastrukturla məşğul olan qurumlara ehtiyatlı olmağı tövsiyə edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR