Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin keçmiş sovet ölkələrini öz təsir dairəsinə qaytarmaq və NATO-nu parçalamaq niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə Bloomberg nəşrində Mark Çempionun məqaləsində bildirilir. Müəllif bu qənaətə Londonda yerləşən Britaniyanın Birləşmiş Xidmətlər Kral İnstitutunda (RUSI) keçirilən toplantısında iştirak etdikdən sonra gəlib. Toplantıda 20-dən çox ölkədən generallar və zabitlər iştirak edib.
Məqalədə qeyd olunur ki, artıq NATO hərbçiləri “Rusiya hücum edəcəkmi?” sualını vermir, əvəzində “harada, nə vaxt və hansı formada?” sualını əsas götürürlər.
Əsas vurğular bunlardır:
Ukraynaya hücumun əvvəlində Rusiya ordusunun zəifliyi NATO komandanlığını təəccübləndirmişdi. Ancaq bu vəziyyət dəyişib.
İndi hesab olunur ki, Putin Ukraynada məqsədinə çatdıqdan sonra NATO üzvünə qarşı lokal hücum üçün 6 ay, Baltik bölgəsində regional müharibə üçün 2 il, daha geniş Avropa münaqişəsi üçün isə 5 ilə qədər vaxta sahib ola bilər.
Rusiya PUA və radioelektron mübarizə sahəsində NATO-dan irəlidədir.
NATO ilə müqayisədə, Rusiya insan itkisinə qarşı laqeydlik nümayiş etdirir, bu isə Putinə Qərb liderlərində olmayan hərbi çeviklik imkanı yaradır.
Putinin məqsədi Polşaya müdaxilə deyil, NATO-nun əsasını təşkil edən 5-ci maddənin — kollektiv müdafiə prinsipinin etibarsız görünməsini təmin etməkdir. Bu, kiçik Avropa dövlətlərinin Moskvaya qarşı durmaq əzmini zəiflədə bilər.
Logistika və infrastruktur zəifdir – Qərb ölkələrinin orduları şərq cəbhəsinə çata bilmək üçün dar boğazlar, milli tələblər və zəif infrastrukturla üzləşəcək.
NATO hücuma hazır deyil. Ukraynadan fərqli olaraq, NATO müharibəyə təchizat marşrutlarının başlanğıc nöqtəsində daxil olacaq və hər bir Avropa limanı, anbarı və dəmir yolu Rusiyanın raket zərbələri üçün legitim hədəfə çevriləcək.
Avropada Putini Ukraynada dayandırmaq üçün daha güclü siyasi konsensus formalaşır, lakin ABŞ-ın prosesdən geri çəkilməsi və Avropanın sülh dövrünə xas bürokratik templə hərəkət etməsi böyük risk yaradır.
Musavat.com
01 Iyun 2025
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ