İnsanlara hürriyət, millətlərə istiqlal!

Şad xəbər: bu ölkəyə viza ləğv edilir

Azərbaycanla Çin arasında viza rejiminin ləğvi təsdiqlənib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanla Çin arasında viza rejiminin ləğv olunması ilə bağlı ötən ay Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Saziş imzalanıb./Gundem.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR