İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurbanov sonuncu dəfə xəbərdarlıq etdi: Özünü yığışdır…

Kevin Medina "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsi üçün iştirak ərizəsinə daxil edilməyə bilər.

Bu barədə "sportinfo" saytı məlumat yayıb.

Bildirilir ki, baş məşqçi Qurban Qurbanov kolumbiyalı müdafiəçiyəyə barmaq silkələyib.

"Təcrübəli mütəxəssis "Tank" ləqəbli legionerə sonuncu dəfə xəbərdarlıq eləyib ki, şəxsi həyatına diqqət yetirməsə və iyunun sonunadək ideal forma yığmasa, sərt şəkildə cəzalandırılacaq.

O, bir müddət əvvəl həyat yoldaşından boşanan və ondan bəri idman rejiminə riayət etməyən cənubi amerikalı haqqında kifayət qədər məlumat toplayıb.

Çalışdırıcıya məlum olub ki, Medina tez-tez əyləncə məclisləri təşkil edir, boş vaxtlarında bir neçə nəfərlə xarici ölkələrə üz tutur", - deyə məlumatda qeyd edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR