İnsanlara hürriyət, millətlərə istiqlal!

Yens Stoltenberq: “İsveç Türkiyənin tələblərini qarşılamaq üçün artıq bir sıra vacib addımlar atıb”

"İsveç NATO-ya üzvlük iddiasının Türkiyə tərəfindən qəbul olunmasından ötrü mühüm addımlar atıb."

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq İsveçə rəsmi səfəri zamanı bəyan edib.

“İsveç gəlcək NATO üzvü kimi artıq antiterror qanunvericiliyini dəyişdirməyə və silah ixracı üçün hüquqi bazanın yenidən formalşdırmasına başlayıb" , - deyə NATO rəhbəri İsveç baş naziri Maqdalena Anderssonla keçirdiyi mətbuat konfransında bildirib.

İsveç hökumətinin rəhbəri də Türkiyənin tələblərinin yerinə yetirilməsi məqsədilə vacib addımlar atdıqlarını təsdiqləyib.

Xatırladaq ki, rəsmi Ankara Stokholmdan PKK terror təşkilatına verdiyi dəstəyi kəsməsini və Türkiyəyə silah ixracatına qoyulan embarqonu qaldırmasını tələb edirdi.

Maqdalena Andersson ölkəsinin antiterror qanunlarını daha da sərtləşdirəcəklərinə söz verib. “Bu ilin iyulun 1-dən biz də terrorla mübarizəyə daha çox diqqət ayrıacağıq” , - deyə o bildirib.

Son məlumatlara görə, Türkiyə prezidenti NATO-nun bu ilin 28-30 iyun tarixləri arasında Madird zirvə toplantısında “terrorizmi və terror təşkilatlarını dəstəkləyən dövlətlərin Alyansa üzv qəbul olunmasına icazə verməyəcəklərini” bildirmək niyyətindədir.

Qeyd etmək lazımdır ki, Türkiyə Prezident administrasiyası yanında Kommunikasiya departamenti iyunun 17-də Brüsseldə, 28-də isə Madriddə “Ukrayna müharibəsindən sonra NATO-nun gələcəyi” başlığı altında müzakirələr keçirəcək. Həmin tədbirdə Türkiyə diplomatiyasının rəsmi Ankaranın məsələ ilə bağlı tezislərini bütün dünyaya çatdıracağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR