Onlayn ictimai-siyasi qəzet
Livanın cənubunda yerləşən Nəbatiyyə şəhərində İsrailin hava hücumlarından sonra bütün küçələr dağıdılıb.
Musavat.com xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlərin ümumi sayı 1,2 mini keçib.
Sentyabrın 17 və 18-də Livanın müxtəlif bölgələrində onlarla insanın ölümünə və üç minə yaxın vətəndaşın yaralanmasına səbəb olan rabitə avadanlığının kütləvi partlayışlarından sonra növbəti eskalasiya baş verib. Daha sonra İsrail aviasiyası Beyrutun cənub ətraflarında yaşayış binasına zərbələr endirib. Nəticədə Hizbullahın xüsusi əməliyyatlar komandiri İbrahim Aqil də daxil olmaqla 50-dən çox insan həlak olub.
Şahanə Rəhimli
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ