İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN-ə yeni mətbuat katibi təyin edildi

İran xarici işlər naziri Abbas Araqçi İsmayıl Bəqayini Nazirliyin İctimai Diplomatiya Mərkəzinin rəhbəri və sözçüsü vəzifəsinə təyin edib.

Musavat.com APA-ya istinadən bildirir ki, bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, Bəqayi bundan əvvəl xarici işlər nazirinin köməkçisi vəzifəsində çalışıb.

O, həmçinin İranın BMT-nin Cenevrə bölməsindəki səfiri və daimi nümayəndəsi, XİN-in hüquq şöbəsinin müdiri, ölkəsinin BMT-dəki nümayəndəsi vəzifələrində fəaliyyət göstərib.

Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəyə Naser Kənani rəhbərlik edirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR