İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin son Günəş tutulması baş verdi

İlin son Günəş tutulması baş verib.

Günəş tutulması oktyabrın 2-si Bakı vaxtı ilə saat 19:42 başlayıb və oktyabrın 3-ü saat 01:47-də bitib.

Tutulmanın maksimumu oktyabrın 2-si saat 22:44:51-də olub. Tutulma hadisəsi bütövlükdə 6 saat 4 dəqiqə davam edib. Hadisə əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edib. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkün olub.

Qeyd edək ki, Ay Yerdən daha uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq həlqə yaranır. Ona görə bu zaman baş verən tutulma halqavari Günəş tutulması adlanır.\\report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR