İnsanlara hürriyət, millətlərə istiqlal!

İran daha sərt cavab verəcək - Pezeşkian

"Rəsmi Tehran İrana hücum edəcəyi təqdirdə İsrailə daha güclü cavab verməyə hazırdır".

Musavat.com xəbər verir ki, bunu çərşənbə günü İran prezidenti Məsud Pezeşkian brifinqdə deyib.

“İsrail bizə cavab verərsə, biz daha güclü və sərt cavab verəcəyik”, – Pezeşkian deyib.

Onun sözlərinə görə, regionda sabitliyi pozmaq avropalıların və ABŞ-ın maraqlarına uyğun deyil və “sionist varlığın gördüyü iş zorakılıq dairəsini genişləndirməkdir”.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə raket hücumu həyata keçirib. İsrail hərbi obyektlərinə ən azı 400 ballistik raket atılıb. SEPAH-ın məlumatına görə, raketlərin 80%-i hədəflərini vurub. İran mediası yazır ki, raketlər İsrailin Aşkelon bölgəsindəki qaz platformalarına və İsrailin Nevatim aviabazasına düşüb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR