İnsanlara hürriyət, millətlərə istiqlal!

Karyerasını bərpa edib, “Barselona” ilə müqavilə imzalayıb

İngiltərənin “Arsenal” və İtaliyanın “Yuventus” klublarının sabiq polşalı qapıçısı Voytsex Şesni karyerasını bərpa edib.

İdman.biz xəbər verir ki, o, İspaniya “Barselona”sı ilə müqavilə imzalayıb.

Razılıq 2025-ci il iyunun 30-dək əldə olunub.

"Barselona"nın əsas qapıçısı alman Mark-Andre ter Ştegen sentyabrın 23-də İspaniya çempionatının VI turunun "Vilyarreal"la səfər matçında (5:1) zədələnib. Alman qolkiper diz qapağının bağlarından əməliyyat olunub. Mark 8 aya meydanlardan kənar qalacaq.

Qeyd edək ki, 34 yaşlı Şesni avqustun 27-də karyerasını bitirdiyini açıqlayıb. Polşalı qolkiperin sonuncu klubu “Yuventus” olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR