İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya XİN vətəndaşlarını İranı tərk etməyə çağırdı

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını regionda gərginlik artdığı üçün təcili olaraq İran ərazisini tərk etməyə çağırıb.

Musavat.com report-a istinadən xəbər verir ki, İran İsrail ərazisinə raket hücumu etdikdən sonra qarşı tərəfin də cavab verəcəyi ehtimalına görə bu çağırış edilib.

Rəsmi Berlin regionda münaqişə riskinin artmasını və qeyri-sabitliyi qeyd edərək vətəndaşlarını İrana ehtiyac duyulmadığı halda səfər etməməyi məsləhət görüb.

Almaniyanın İrandakı səfirliyi vurğulayıb ki, İsrailin mümkün cavab hücumu səbəbindən diplomatik missiyanın məktəbi və binası oktyabrın 3-də bağlı olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR