İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeniyetmə qız dərs zamanı sinif yoldaşını bu hala saldı - ANBAAN VİDEO

Şotlandiyanın Fayf şəhərinin Anstruter rayonundakı orta məktəbdə çəkilən görüntülər hər kəsi heyrətə gətirib.

Musavat.com xəbər verir ki, adı açıqlanmayan iki şagird arasında dərsin ortasında başlayan mübahisə tezliklə davaya çevrilib.

Məktəbli qızlardan biri digərini yerdə sürüyərək təpikləməyə və döyməyə başlayıb. Həmin anlar digər şagirdlərin mobil telefon kameraları tərəfindən lentə alınıb.

Hadisənin sosial mediada geniş əks-səda doğurmasından sonra məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib. Polisin məktəblə əlaqə saxladığı bildirilərkən, məktəb direktoru vəziyyətlə bağlı valideynlərə məlumat verdiklərini qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR