İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Zelandiyanın yeni baş naziri Kris Hipkins olacaq

Yeni Zelandiyanın baş naziri postunu hazırda təhsil və polis naziri vəzifəsində çalışan 44 yaşlı Kris Hipkins tutacaq.

 Associated Press agentliyinin xəbərinə görə, Kris Hipkins bu posta yeganə namizəddir. O, yanvarın 22-də keçirilən səsvermədə Leyborist partiyasının dəstəyini qazanmalıdır. İcmalçıların sözlərinə görə, səsvermə yalnız formal xarakter daşıyır.

2017-ci ildə Yeni Zelandiyanın Nazirlər Kabinetinə rəhbərlik edən Casinda Ardern bu həftə istefaya gedəcəyini açıqlayıb (AZƏRTAC).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR