İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni qərar tıxacı azaldıb?

Oktyabrın 27-dən etibarən orta və ağırtonnajlı yük maşınlarının Bakıya daxil olması və şəhəri tərk etməsi ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsi paytaxt yollarında nəqliyyat sıxlığına və hərəkət intensivliyinə təsir edib.

Dünəndən Bakı yollarında tıxacların nisbətən səngiməsi, ictimai nəqliyyatın intervalında gecikmə hallarının azaldığı müşahidə edilir. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli tətbiq edilən yeni qərarın müsbət təsirlərinin olduğunu bildirib.

“Qafqazinfo”ya açıqlama verən polis mayoru Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının paytaxt ərazisinə daxil olan yük avtomobilləri ilə bağlı tətbiq etdiyi yeni qaydaların yollarda hərəkətin təhlükəsizliyi ilə yanaşı onun fasiləsizliyini də təmin etmək üçün hesablanmış vacib qərar olduğunu deyib:

“Hər bir sürücü xüsusilə də yükdaşıma fəaliyyətini həyata keçirən şəxslər bilməlidirlər ki, paytaxt ərazisində yollarda fəaliyyətin fasiləsizliyini təmin etmək, gündəlik böyük bir insan axınını tənzimləmək üçün bu addımlar qaçılmaz idi və vacib, yerində olan addımlardır. Bu gün paytaxtımızda kifayət qədər real hərəkət sıxlığı var. Əhali məskunlaşması, avtomobil sayının çoxluğu və gündəlik ehtiyac zəminində müxtəlif marşrutlar qət etmək istəyən insanların hərəkətləri bu sıxlıqları şərtləndirir. Lakin unutmamalıyıq ki, bir sıra qaydalarda yeniliklər gətirmək, həmin qaydaların tənzimlənməsi istiqamətində polisə də aidiyyəti şəxslərin dəstək olması önəmlidir. Hər bir sahibkar, yükdaşıma fəaliyyətləri həyata keçirən şəxslər nəzərdə tutulmuş iş rejimlərini düzgün şəkildə planlaşdırmaqla yollardakı yükün kifayət qədər azaldılmasında öz töhfələrini verə bilərlər”.

A.Əsgərli əlavə edib ki, paytaxt yollarının əhaliyə uyğunluğunda tərs mütənasiblik var: “Yolların ölçüsü, avtomobillərin sayının çoxluğu. Nəzərə alsaq ki, 5 milyona yaxın insanın yaşadığı Abşeron yarımadasında ölkədəki 1 milyon yeddi yüz min avtomobilin 70 faizi cəmləşib. Bu da paytaxt ərazisində kifayət qədər vacib və konkret addımların atmasını tələb edir. Hesab edirik ki, yollarda hərəkətin daha normal vəziyyətə gətiriliməsi üçün hər bir kəs qeyd olunan tədbirlərə ictimai məsuliyyət hissi ilə kifayət qədər səbirlə, təmkinlə, başqalarının hüquqlarına hörmət etməklə bu prosesləri tənzimləyə bilərik. Bu baxımdan da gördüyünüz kimi tədbirlər artıq müəyyən qədər yollarda hərəkətliliyə öz müsbət təsirini verib. Bu daimi bir proses, daimi bir qərardır. Hər kəsin bunu bilməsi və əməl etməsi vacibdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR