İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni ilə qaranlıqda girən ölkə - energetiklər istirahət edir

Karib hövzəsi ölkəsi Puerto-Riko 2025-ci ilə uğursuz başlayıb. Yeni il gecəsi ölkənin elektrik stansiyalarında yaranan nasazlıqlar səbəbindən ölkə əhalisinin 90 faizi işıqsız qalıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, elektrik enerjisinin ötürülməsinə cavabdeh olan LUMA Energy şirkətinin xarici əlaqələr departamentinin direktoru Xose Peres deyib ki, şirkətin prioritetləri xəstəxanalar, hava limanları, polis idarələri və yanğınsöndürmə məntəqələridir. “İşlərimiz davam edir və xidmət bərpa olunacaq, lakin bu, vaxt aparacaq. Bütün ölkə elektrik enerjisinə sahib olacaq”, - Peres əlavə edib.

İspaniyanın EFE xəbər agentliyinə danışan yerli elektrik ustası Xavyer Korea, elektrik stansiyalarında çalışan personalın tətildə olduğunu və nasazlığın yanvarın ilk günlərində də davam edə biləcəyini bildirib.

Elektrik enerjisinin kəsilməsi səbəbindən Luis Munoz Marin aeroportu generatorlarla fəaliyyətini davam etdirməyə çalışır. Qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb və ticarət mərkəzləri bağlanıb.

Bu arada elektrik enerjisinin kəsilməsinin tez-tez artdığı ölkədə yüzlərlə insan hökumətə qarşı kütləvi etiraz aksiyalarına başlamaq üçün çağırış edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR