İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni böhran yaxınlaşır: İki ölkə arasında GƏRGİNLİK pik həddə - ŞOK AÇIQLAMA

Amerikalı ekspertlər ölkənin beşinci nəsil döyüş təyyarəsinin Çin tərəfindən kopyalandığını iddia ediblər. 

Musavat.com xəbər verir ki, "Fox News Digital"a danışan ekspertlərin sözlərinə görə, iki ölkənin orduları arasında ABŞ-ın xeyrinə olan fərq sürətlə aradan qalxmağa başlayıb.

Onlar Çini ABŞ-ın beşinci nəsil döyüş təyyarəsinin texnologiyasını oğurlamaqda ittiham ediblər. Qeyd edilib ki, ABŞ silah məlumatlarını qorumaq üçün daha çox iş görməsə, Çin üstünlük qazanacaq.

Müdafiə Nazirliyinin siyasət müşavirinin keçmiş müavini Ceyms Andersonun sözlərinə görə, Çinin casusluq cəhdləri səbəbindən bu ölkənin hərbi gücü normalda olduğundan çox daha çox inkişaf edib.

Bu illər ərzində Çinin oğurluqdan böyük qazanc əldə etdiyi iddia edilir. Xəbərdə vurğulanıb ki, Çinin J-20 təyyarəsi ilə ABŞ-ın F-22 təyyarələri arasında oxşarlıqlar var və Çin 2008-ci ildən bu yana bunun üzərində çalışır. 

Digər tərəfdən, Çinin casusluq texnikasında daha təkmil üsullardan istifadə edildiyi bildirilib. Çinlilərin bu yolla pula və vaxta qənaət etdikləri deyilsə də, bu vəziyyətin ABŞ ordusunu böyük riskə atacağı qeyd olunur.

Qeyd edək ki, əvvəllər yayılan xəbərlərdə Çinin əldə etdiyi texnologiyanın bir hissəsinin ABŞ-dan gəldiyi iddia edilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR