İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenə Ermənistan, yenə kokain - Böyük cinayətin üstü açıldı

Ermənistan Dövlət Gəlirləri Komitəsinin Qaçaqmalçılıqla Mübarizə Departamentinin “Zvartnots” şöbəsinin əməkdaşları yeni narkotik qaçaqmalçılığının üstünü açıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, qonşu ölkəyə narkotik maddə bu dəfə Braziliya vətəndaşı vasitəsilə daxil edilib.

Verilən informasiyaya əsasən, Braziliyadan Ermənistana gələn San-Paulu-Paris-İrəvan reysinin sərnişini tərəfindən kokainin daşınması bağlı əməliyyat məlumatı daxil olub.

İrəvanın Zvartnots hava limanının gömrük nəzarəti zonasında Braziliya vətəndaşı L.P. şəxsi yoxlamaya məruz qalıb. Vətəndaşın bədənində narkotik vasitə gizlətdiyinə dair şübhələr yarandığından o, ekspertizaya göndərilib. Nəticədə onun bədənində yad cisimlər aşkar edilib, onların çıxarılması üçün Braziliya vətəndaşı tibb mərkəzinə göndərilib.

Tibb mərkəzində aparılan kompüter tomoqrafiyası nəticəsində, tibbi müdaxilə ilə onun yoğun bağırsağından yad cisimlər çıxarılıb. Həmin braziliyalıda ümumi çəkisi 1216 qram olan kokain dolu 120 ədəd oval kapsul tapılıb. Aşkar edilmiş narkotik maddənin bazar dəyəri 300 min dolları ötür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR