İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəməndə müharibənin taleyi dəyişir?- Ras İsa limanı artıq yoxdur

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmənin Qırmızı dəniz sahilindəki Əl-Hodeyda əyalətində yerləşən Ras İsa limanını məhv etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumat CENTCOM-un X hesabından açıqlanıb: "ABŞ qüvvələrinin bu gün (aprelin 17-də -red.) zərbələri İranın dəstəklədiyi husilərin yanacaq mənbəyini məhv etmək məqsədi daşıyırdı".

CENTCOM-un məlumatına görə, “husilərin nəzarətində olan Ras İsa limanının dağıdılması” radikal təşkilatı neft məhsullarının satışından, yanacağa çıxışından və “qanunsuz gəlir”dən məhrum edib.

Dünən səhər saatlarında Yəmən üsyançılarının lideri Abdel Malik əl-Husi ABŞ ordusunun Husilərin nəzarətində olan Yəmən ərazisinə bir ay ərzində 900-dən çox zərbə endirdiyini açıqlayıb. O həmçinin bildirib ki, ay ərzində üsyançı qüvvələr Qırmızı dənizdə İsrail ərazisinə və Amerika hərbi gəmilərinə 78 dəfə hücum edib. Ənsar Allah liderinin sözlərinə görə, husilər əməliyyatları üçün 170-dən çox pilotsuz təyyarə, həmçinin qanadlı və ballistik raketlərdən istifadə ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR