İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmən prezidenti səlahiyyətlərini idarə şurasına təhvil verib

Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadi Ər-Riyadda ölkədaxili danışıqlardan sonra prezident idarə şurasının yaradıldığını və keçid dövrü üçün dövlətin idarəetmə səlahiyyətlərinin həmin şuraya təhvil verildiyini bəyan edib.

APA Yəmən mətbuatına istinadən vəbər verir ki, Əbd Rəbbu Mənsur Hadi, həmçinin vitse-prezident Əli Möhsün əl-Əhmərə tutduğu vəzifələri tərk edəcək.

Yeni şura həm prezidentin, həm də onun müavininin səlahiyyətlərini yerinə yetirəcək.

Ölkə başçısı Rişad Məhəmməd əl-Aliminin şuraya rəhbərlik edəcəyini bildirib. Şuranın tərkibinə ölkənin keçmiş prezidenti Tarek Salehin qardaşı oğlu və Yəmənin cənubunu idarə edən separatçı Cənubi Yəmənin keçid şurasının rəhbəri Aydarus əl-Zubeydi də daxil olmaqla daha 7 nəfər daxildir.

Şura Yəmən dövlətinin maraqlarına cavab verən, ölkənin müstəqilliyini və suverenliyini, habelə sərhədlərinin toxunulmazlığını təmin edən balanslaşdırılmış xarici siyasət yürüdəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR