Onlayn ictimai-siyasi qəzet
Son günlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ətrafında qalmaqallar yaşanır. "Şəhidlərə hörmətsilzik" iddiasından tutmuş, aktyorların əlbəyəxa olmasına qədər günlərdir ki, müzakirələr səngimək bilmir. Üstəlik, mədəniyyət sahəsində aparılan kadr islahatları da gündəmin ən çox müzakirə olunan mövzularındandır.
Paytaxtda və bölgələrdəki teatrlara yeni direktor və müavinlərin təyinatı mədəniyyət cameəsində diskussiyalara səbəb olub. Eyni vaxtda yeddi teatr rəhbərinin işdən çıxarılıb, yenisi ilə əvəz olunması xeyli sual yaradıb. Digər tərəfdən, son vaxtlar müğənnilərin efir vasitəsilə açıq-saçıq geyimləri, davranışları, milli-mənəvi dəyərlərimizi ayaqlar altına atan hərəkətləri böyük narazılıq yaradıb.
Tanınmış aktyor, Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov "TV Müsavat"ın qonağı olub, bütün bu problemlərlə bağlı sərt mövqeyini bildirib.
Musavat.com həmin videomaterialı təqdim edir.
Afaq Mirayiq,
Alim Liftiyev,
Rafət Şahbazov
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ