İnsanlara hürriyət, millətlərə istiqlal!

YDM-i tənqid edən özbəyi tutub 15 sutka verdilər

Özbəkistanda yanacaqdoldurma məntəqəsinin işini açıq şəkildə tənqid edən Özbəkistan vətəndaşı Yeni il gecəsi 15 sutka həbs edilib.

Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, yanacaqdoldurma məntəqəsini və ölkənin enerji sektorunu hiddətli şəkildə tənqid edərək video çəkmiş şəxs xırda xuliqanlıqda təqsirli bilinib və dekabrın 31-də 15 sutka həbs edilib.

Bildirilir ki, hadisə dekabrın 23-də baş verib. Kişi “Morotrans” yanacaqdoldurma məntəqəsində 6 saatlıq növbəyə dayanıb, amma onun növbəsi şatanda məntəqə bağlanıb. O da hiddətini videakamera qarşısında danışmaqla ifadə edib.

Bektemir rayon vətəndaşı 183-cü (xırda xuliqanlıq) inzibati xəta maddəsi ilə təqsirli bilib və ona xüsusi təcridxanada saxlanma xərclərini ödəmək öhdəliyi ilə 15 sutka həbs cəzası verib. Nəticədə ondan 843,7 min sum - hər həbs günü üçün əsas hesablanmış məbləğin 15%-i tutulacaq.

Məlum olub ki, vətəndaş törətdiyi əməldən peşman olduğunu bildirərək cəzasının yüngülləşdirilməsini istəyib.

Özbəkistan ictimaiyyəti də bu hadisəyə biganə qalmayıb və haqqını tələb edən kişinin əsassız yerə cəzalandırıldığı barədə sosial şəbəkədə status və şərhlər yazıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR