İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yaxın perspektivdə Baqratın kilsəsinə əl gəzdirəcəyik” - Politoloq

“Baqrat deyir ki, hər şey mümkündür. Soyqırımdan sonra biz dövlətimizi qurduq, indi də hər şey mümkündür. Bəli, Qalstanyan, bilərəkdən özünüz özünüzü qətl etdiniz, adını qoydunuz soyqırım. Bu yolla dövlətinizin qurulması üçün yolu açdınız. 1918-ci ildə qanunsuz şəkildə İrəvanı qopardınız. Qurduğunuz dövlətin heç bir tarixi əsası yoxdur”.

Musavat.com xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov bildirib.

zaur.jpg (49 KB)

O əlavə edib ki, növbəti dövrdə yenə qanunsuz şəkildə, əvvəlcə Zəngəzurun qərb hissəsi, sonra isə Göyçə verildi:

“Erməni işğalçı qüvvələri 1980-ci illərdə isə Qarabağ və Şərqi Zəngəzuru işğal edib digər torpaqlarımıza göz dikdilər. Düşünürdülər ki, “Böyük Ermənistan” yaxın illərdə formalaşacaq və azərbaycanlıların Qafqazdakı izi itəcək. Lakin Heydər Əliyev və İlham Əliyev onların ümidlərini gözlərində qoydu. Prezident İlham Əliyev təkcə milli respublika tarixində deyil, tarixi Azərbaycan kontekstində ədaləti bərpa etdi. Sözsüz ki, bərpa etməyə davam da edəcək. Baqrat çox uzağa baxmasın, arxaya və ətrafına baxsın. Yaxın perspektivdə onun kilsəsinə əl gəzdirəcəyik. Zəngəzura qayıdacağıq”.

Qeyd edək ki, Ermənistanda vəziyyət gərgin olaraq qalır. Səhər saatlarında “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan radikallara aksiya üçün yeni məkana toplaşması ilə bağlı çağırışlar edib. Bundan sonra Baqrat tərəfdarları ilə birlikdə İstintaq Komitəsinə doğru yürüş edib.

Xatırladaq ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Delimitasiyanın reallaşmasından sonra Ermənistanda revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Qalstanyan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR