İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yaxın aylarda Qarabağımızda maraqlı proseslər baş verəcək”-Polkovnik

“Laçın şəhərindən yan keçən avtomobil yolunun açılmasına az vaxt qalır. Demək olar ki, yaxın həftələrdə biz çox maraqlı hadisələrin şahidi olacağıq”.

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bunu Musavat.com-a açıqlamasında söyləyib. Hərbi ekspert fikirlərinin davamında bəzi detalları açıqlayıb: “Əvvəla, bu yolun istifadəyə verilməsindən sonra Qarabağdakı ümumi mənzərə xeyli dəyişəcək, gərginliklərin sayı azalacaq. Ən önəmlisi və vacibi o olacaq ki, bundan sonra Azərbaycan ərazisinə daxil olan hər kəsi Dövlət Sərhəd Xidmətinin (DSX) əsgərləri yoxlayacaq, daha sonra isə Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları da lazım olan prosedur qaydalarını həyata keçirəcəklər”.



Ü.Cəfərov qeyd edib ki, artıq indidən ermənilər və onlara havadarlıq edən bəzi dairələr hay-küy qaldırıb: “Onlar çalışırlar ki, ortalığı qarışdırsınlar və əvvəlcədən razılaşdırılmış məsələləri pozsunlar. Bu gözlənilən idi. Lakin separatçıların, onlara açıq və gizli şəkildə qahmarlıq edən güclərin bu prosesi durdurmağa artıq nə gücü, nə də iradəsi çatmayacaq. Biz tez bir zamanda bu məsələnin sona çatmasına nail olmalıyıq. Əvvəla, insanlarımız rahat şəkildə Laçın şəhərinə qayıtmaq imkanı əldə edəcək. Xeyli təhlükəsizlik məsələləri öz həllini tapmış olacaq. Amma dediklərimiz yaxın müddətdə baş verəcək və yol tam şəkildə bu ilin yay aylarında istifadəyə veriləcək. Laçından keçmədən çəkilən alternativ yoldan isə həm ermənilər, həm də azərbaycanlılar istifadə edəcək. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Sözügedən alternativ yolun uzunluğu 28 km olacaq”.

Polkovnik bildirdi ki, münaqişənin uzanmasında maraqlı olan güclər alternativ yolun çəkilməsinə də maksimum mane olmağa çalışdılar: “Onlar istəyirlər ki, proses uzansın. Məncə, yaxın aylarda Qarabağımızda maraqlı proseslər baş verəcək. Əks tərəf mane olacağı təqdirdə isə, heç də xoş olmayan bir vəziyyətlə üzləşməli olacaqlar. Bizim bundan sonra da xeyli müddət gözləməyə vaxtımız yoxdur. İnsanlarımız işğaldan azad olunmuş yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR