Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin birinci yarısında Tacikistandan olan 17 mindən çox əmək miqrantı Rusiyadan qovulub və bu, 2023-cü ildəkindən çoxdur.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Tacikistanın əmək, miqrasiya və məşğulluq naziri Gülnora Hasanzoda bildirib.
“Rusiya Federasiyasından çıxarılan xarici vətəndaşların sayı 6 ay ərzində 17 134 nəfər təşkil edir. Bizim illik məlumatımız var, 2023-cü ilsə bu rəqəm 11 mindən çox olub”, - nazir deyib.
Hasanzoda aydınlaşdırıb ki, məlumatları Rusiya tərəfi təqdim edib.
Qeyd edək ki, bu ilin mart ayının 22-də Moskva ətrafındakı “Krokus” konsert zalında 145 nəfərin ölümü ilə nəticələnən terror aktında tacik millətindən olan terrorçuların iştirak etməsi Rusiya Federasiyasında Mərkəzi Asiyadan, xüsusilə də Tacikistandan olan əmək miqrantlarına münasibəti kəskin pisləşdirib. Hökumət orqanları onları saxlayır, yoxlayır, daha sonra kütləvi şəkildə deportasiya edir, ya da elə bir şərait yaradırlar ki, özləri Rusiya hüdudlarını tərk etməli olurlar.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ