İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada içərisində 10 nəfər olan helikopter radarlardan itib

Yaponiyanın özünümüdafiə qüvvələrinə məxsus helikopter Okinava prefekturasının Miyakocima adası yaxınlığında yerli vaxtla saat 16:40-da (Bakı vaxtı ilə 11:40) radarlardan itib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “UH-60” tipli çoxməqsədli helikopterdə 10 nəfər heyət üzvü olub.

Müdafiə Nazirliyinin və sahil mühafizə xidmətinin gəmi və helikopterləri axtarış işlərinə cəlb olunub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR