İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya Şimali Koreyaya sanksiyalar tətbiq etdi

Tokio Şimali Koreyanın nüvə raket proqramı ilə əlaqəli 3 təşkilata və 1 şəxsə sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno bildirib.

“Tokio “Korea Haegumgang” və “Korea Namgang” ticarət şirkətlərinin, eləcə də “Lazarus Group” haker təşkilatının aktivlərini dondurur”, – Baş katib deyib.

Sanksiyalar siyahısında Şimali Koreyanın Vyetnamdakı silah sənayesi departamentinin nümayəndəsi Kim Su İl də var.

Dünən ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun da Şimali Koreyaya yeni sanksiyalar paketi hazırladığını bildirmişdi. O qeyd etmişdi ki, Şimali Koreyanın raket buraxılışları fonunda ABŞ Yaponiya və Cənubi Koreya ilə üçtərəfli hərbi və təhlükəsizlik əməkdaşlığı qurur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR