İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya bəzi avtomobillərin Rusiyaya tədarükünü qadağan etmək istəyir

Yaponiya bəzi avtomobillərin Rusiyaya tədarükünü qadağan etmək istəyir. 

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, söhbət mühərrik həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərdən gedir.

Qeyd olunur ki, belə tədbirlər növbəti sanksiyalar paketi çərçivəsində tətbiq oluna bilər. Qərar avqustun əvvəlində qüvvəyə minəcək.

Yaponiya həmçinin Rusiyaya elektrik və hibrid avtomobillərin ixracını tamamilə qadağan etməyi planlaşdırır.

Qəzet qeyd edir ki, 2022-ci ildə işlənmiş avtomobillər Yaponiyanın Rusiyaya əsas ixracatlarından biri olub, bu, müvafiq məhsulların ümumi ixracının 26 faizini təşkil edib.

İyun ayında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno ölkəsinin Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyinə söz verib. O, həmçinin əmin edib ki, hökumət münaqişədə qalib gəlməsi üçün Ujraynaya hərbi texnika və digər yardımların göndərilməsini dayandırmayacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR