İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yanvarın sonuna qədər Kursku saxlayın” - İLGİNC İDDİA

“Kursk vilayətinin bir hissəsinə nəzarəti ələ keçirən Ukrayna silahlı qüvvələrinin bölmələrinə həmin əraziləri yanvarın sonuna, yəni ABŞ-da yeni seçilmiş prezident Donald Tramp hakimiyyətə gələnə qədər saxlamaq tapşırılıb”.

Musavat.com xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

“Bizim qarşımızda duran əsas vəzifə Trampın andiçmə mərasiminə və danışıqlara başlayana qədər mümkün qədər çox ərazini saxlamaqdır. Sonra onu bir şeylə dəyişdirmək üçün. Heç kim nə üçün olduğunu bilmir”, - deyə ukraynalı əsgərlərdən biri bildirib.

Digər bir əsgər isə böyük yorğunluqdan, əsgərlərin orta yaşlı kişilərdən ibarət olduğundan şikayətlənib. Bu əsgərlərin sözlərinə görə, Rusiya qoşunları tədricən əraziləri geri alır və onların Ukrayna silahlı qüvvələrini sıxışdırıb çıxarması “yalnız zaman məsələsidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR