İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanğına görə bu yol bağlandı

Bakının Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətinə avtomobil yolunda məhdudiyyət tətbiq olunub.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

NİİM sürücülərdən yoldakı məhdudiyyəti nəzərə almalarını xahiş edir.

Qeyd edək ki, noyabrın 23-də saat 05:45 radələrində Ziya Bünyadov prospekti, "Dərnəgül" taxta bazarının ərazisində yanğın başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR