İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanğın baş vermiş ərazilər xəritələşdiriləcək - ETSN

Yanğın baş vermiş ərazilər xəritələşdiriləcək və yanaraq məhv olmuş meşə sahələrində payız ağacəkmə mövsümündə mərhələlərlə  meşəbərpa tədbirləri həyata keçiriləcək. 

Musavat.com xəbər verir ki, xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev 2022-ci ilin avqust ayında Azərbaycanda baş  vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib: "ETSN tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə Milli Meşə Proqramı hazırlanıb. Proqram  2022-2030-cu illəri əhatə edir və müvafiq qurumlarla razılaşdırılaraq baxılması üçün aidiyyəti üzrə təqdim edilib.

O, əlavə edib ki, ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağacların götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək. Sevindiricidir ki, bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR