İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu xalqa müraciət etdi: İrana cavab veriləcək...

İsrailin İranın raket hücumuna cavab vermək hüququ və məsuliyyəti var və bunu etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu baş naziri Benyamin Netanyahu televiziya ilə xalqa müraciətində deyib.

“İran ballistik raketlərlə iki dəfə bizim ərazimizə və şəhərlərimizə yüzlərlə raket atıb. Dünyanın heç bir ölkəsi öz şəhərlərinə və vətəndaşlarına belə bir hücuma dözməz, İsrail də həmçinin. İsrailin özünü müdafiə etmək və bu hücumlara cavab vermək hüququ və məsuliyyəti var və bu, ediləcək”.

Netanyahu İsrailin “güclü, cəsarətli və əxlaqlı ordusu olan güclü dövlət” olduğunu deyib: "Özünü istənilən təhlükədən qorumaq əzmində olan dövlət. Bura bizə qarşı edilən bütün hücumların arxasında duran İran təhlükəsi daxildir: Qəzzadan, Livandan, Yəməndən, İraqdan, Suriyadan və təbii ki, İranın özündən".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR