İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yağlıvənd: faciədən zəfərə” sənədli filminin çəkilişləri başa çatıb 

“Yağlıvənd: faciədən zəfərə” sənədli filminin çəkilişləri başa çatıb.

Musavat.com xəbər verir ki, filmdə 15 avqust 1992-ci ildə Füzuli rayonunun Yağlıvənd kəndinin Ermənistan silahlı qüvvələrinə məxsus bir neçə bombardımançı qırıcı tərəfindən bombalanmasından bəhs edilir.

FACİE.jpeg (63 KB)

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru yazıçı Tağı Türk, quruluşçu operator Ramin Ələsgərli, operator Kamran Layıcov, dron operatoru Vasif Lətifov, montaj rejissoru isə Aqil Əhmədlidir.

REJİS.jpeg (172 KB)

Film haqqında Musavat.com-a danışan yazıçı Tağı Türk bildirib ki, “Oğuzfilm”in istehsalı olan filmin çəkilişləri hadisənin baş verdiyi yerdə - işğaldan azad edilən Füzuli rayonunun Yağlıvənd kəndində aparılıb:

“Biz filmin çəkilişlərini hadisənin baş verdiyi yerdə, şahidlərin, həmin hadisə zamanı həlak olmuş şəxslərin ailə üzvlərinin iştirakı ilə apardıq. 15 avqust 1992-ci ildə baş vermiş faciə zamanı həmin kənddən 7 nəfər mülki şəxs şəhid olub, 50-dən çox mülki vətəndaş müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir neçəsi əlil olub, sağlamlığını itirib. Həmin gün Ermənistana məxsus hərbi qırıcıların bombardmanı zamanı Yağlıvənd kəndi ilə yanaşı, Füzuli şəhərinə atılan kasetli bombanın partlaması zamanı 10-a yaxın Füzuli şəhər sakini də həyatını itirib”.

Filmin yaxın vaxtlarda Nizami Kino Mərkəzində və TV kanallarında yayımlanması nəzərdə tutulub.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR