İnsanlara hürriyət, millətlərə istiqlal!

Xuraman da Türkan Şoray trendinə qoşuldu 

Son günlər sosial şəbəkədə gündəm olan "Türkish delight" trendinə bu dəfə müğənni Xuraman Şuşalı qoşulub.

Musavat.com xəbər verir ki, sənətçi türkiyəli aktrisa Türkan Şorayın makiyajını təkrarlayıb. Xuraman həmin görüntüləri sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, son zamanlar sosial mediada sürətlə yayılan "Türkish delight" makiyajı adını türk mətbəxinin məşhur deserti olan lokumdan alıb. Bu makiyaj trendi nostalji və mürəkkəb bir görünüş əldə etməyi hədəfləyir və Türkan Şorayın, xüsusilə 1960-70-ci illərin türk kinosunun ulduzlarının klassik makiyaj tərzindən ilhamlanır. Açıq göz layneri, dolğun kirpiklər və yumşaq keçid göz kölgələri ilə diqqəti cəlb edən bu üslub gözlərin daha böyük və təsirli görünməsinə diqqət yetirir. Klassik zərifliyi müasir toxunuşlarla birləşdirərək makiyaj həvəskarlarının diqqətini çəkir.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR