Onlayn ictimai-siyasi qəzet
Almaniya hökuməti müdafiə məqsədləri üçün yeni addım atıb.
Musavat.com xəbər verir ki, ölkə Rheinmetall və startaplar Helsing ilə Stark şirkətlərinin tədarük edəcəyi təxminən 12 min ədəd “kamikadze” dronunun alınması üçün €900 milyon dəyərində müqavilə imzalayıb.
Məlumatlara görə, bu dronlar zərurət yarandığı halda NATO-nun şərq qanadının müdafiəsi məqsədilə istifadə ediləcək. Müqavilə çərçivəsində Rheinmetall və adıçəkilən startaplar Almaniya ordusu üçün müasir texnologiyalara əsaslanan dronlar istehsal edəcəklər.
Qeyd olunur ki, Almaniya hökuməti bundan əvvəl ölkənin hərbi potensialını gücləndirmək niyyətində olduğunu açıqlamışdı. Ümumilikdə, Berlinin 2035-ci ilə qədər 320 layihənin həyata keçirilməsi üçün €377 milyard xərcləməyi planlaşdırdığı bildirilir.
Musavat.com
30 Oktyabr 2025
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ