Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının sanksiyaları İtaliya biznesinə 250 milyon avro zərər vuracaq — onların 140 milyonu unitaz və bide qadağasından gəlir. Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 19-cu sanksiya paketi nəticəsində İtaliya şirkətləri təxminən 250 milyon avro zərər görəcək. Bunun 140 milyon avrosu isə konkret olaraq unitaz, bide və digər santexnika məhsullarının Rusiyaya ixracına qoyulan qadağadan yaranacaq.
Musavat.com-un məlumatına görə bu barədə Rusiyadakı İtalyan Sahibkarlar Assosiasiyasının (GIM Unimpresa) prezidenti Vittorio Torrembini məlumat verib.
“Lüks seqment üçün santexnika kim satır? — İtaliya.
Kim güllər, ağaclar və s. ixrac edir? — yenə İtaliya.
Kim uşaq oyuncaqları satır? — Çindən sonra İtaliya.
Bəs Rusiyada turizm xidmətlərini kim təşkil edir? — İtaliya.
Budur, bu dörd sahə sanksiya paketinə düşüb.
Santexnika satışına qadağa isə keramika plitə ixracımızın 7 faizinə təsir edir. Bu, təxminən 140 milyon avrodur.
140 milyon avro — bu, sadəcə rəqəm deyil, həm də iş yerləridir. Ruslar üçün bu “unitaz sanksiyası” gülməli görünə bilər, amma bizim üçün heç də gülməli deyil”, — deyə Torrembini bildirib.
İtalyan sahibkarların sözlərinə görə, sanksiyalar təkcə maliyyə deyil, həm də sosial itkilərlə nəticələnəcək. Onların fikrincə, Avropa İttifaqının “gülməli görünən” bu addımları real sektorda yüzlərlə iş yerinin bağlanmasına səbəb ola bilər.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ