İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada partlayış – Ukrayna kəşfiyyatı OMON zabitinin məhv edildiyini elan etdi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib ki, Rusiyanın Kemerovo vilayətində baş vermiş avtomobil partlayışı nəticəsində OMON-un podpolkovniki Veniamin Majerin zərərsizləşdirilib.

Musavat.com bildirir ki, hadisə 25 oktyabrda baş verib.

Majerin Rusiya Qvardiyasının “Obereq” adlı xüsusi təyinatlı dəstəsində xidmət edirdi.

Ukrayna kəşfiyyatının açıqlamasında qeyd olunur ki, Majerin 2022-ci ildə Kiyev vilayətinin işğalı zamanı törədilən hərbi cinayətlərdə iştirak edib.

İdarə xatırladıb ki, həmin bölmənin hərbçiləri barəsində müharibə qanunlarını və adətlərini pozmaq ittihamı ilə cinayət işi açılıb.

Rusiya hakimiyyəti hələlik bu insidentlə bağlı rəsmi şərh verməyib. Hadisə həm Rusiyada təhlükəsizlik məsələləri, həm də Ukrayna ilə kəşfiyyat qarşıdurmasının yeni mərhələsi kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR