İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Türkiyəni müasir sivilizasiyalardan da yuxarı səviyyəyə qaldıracağıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Respublikasının 102-ci ildönümü münasibətilə keçirilən rəsmi mərasimlər zamanı ölkəni yeni inkişaf mərhələsinə çıxaracağına söz verib.

Musavat.com xəbər verir ki, Ərdoğan bu barədə Ankarada yerləşən Atatürk Memorial Kompleksində xatirə jurnalına yazdığı qeyddə bildirib:

“102 il əvvəl vətənin saysız-hesabsız qəhrəman övladlarının canı bahasına Türkiyə Respublikası quruldu. Bu gün isə biz Atatürkün vəsiyyətinə sadiq qalaraq, onu müasir sivilizasiyaların da fövqünə qaldırmaq üçün qətiyyətlə çalışırıq".

Prezidentin sözlərinə görə, Türkiyə qarşıdakı illərdə iqtisadi, elmi və texnoloji inkişafda yeni mərhələyə keçməyi və dünya səhnəsində nüfuzunu daha da artırmağı hədəfləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR