İnsanlara hürriyət, millətlərə istiqlal!

Ambarsumyanın revanşistlərin yeni namizədi olması təsdiqləndi

“Davit Ambarsumyana münasibətə hökm hələ qanuni qüvvəyə minməyib. Təbii ki, vəkillər apellyasiya şikayəti verəcəklər və bu müddətdə onun bütün hüquqları qorunur. Buna görə də Ambarsumyan impiçment işi çərçivəsində baş nazir vəzifəsinə namizədimiz olaraq qalacaq”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib.

Partiyasının gələcək planları barədə danışan keçmiş  prezident bunları bildirib:

“İmpiçment prosedurunu davam etdirməkdən başqa planımız yoxdur. Kiminsə başqa planları, təklifləri varsa, məmnuniyyətlə dinləyərik”.

Qeyd edək ki, bir neçə gün əvvəl ədliyyə naziri Srbuhi Qalyan amnistiyanın planlaşdırılmadığını qəti şəkildə bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR