İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım və Rusiya BOMBALANDI: Neft bazaları, zavodlar YANIR, ölənlər var - CANLI

Ukrayna yönümlü "Krımski veter” ("Krım küləyi”) Telegram kanalı bu səhər Simferopoldan çəkilmiş fotolar yayıb. Şəkillərdə şəhərin üzərində böyük qara tüstü sütunu görünür.

Kanal qeyd edir ki, yanğın baş verən obyektə ötən gün ərzində maskalanmış hərbi yanacaq maşınları tez-tez girib-çıxırdı – bu da həmin bazanın pilotsuz hücumlardan qorunması üçün istifadə olunduğunu göstərir.
Qaynarinfo bu barədə "Gordonua.com”a istinadla xəbər verir.

Krımlı jurnalistlərin məlumatına görə, bu neft bazası Rusiya işğalçı ordusunun təchizatında fəal rol oynayır.
Bundan başqa, Qvardeyskoye qəsəbəsində yerləşən ATAN neft bazasında da yanğın baş verib – kanal bu hadisənin görüntülərini və obyektin geolokasiyasını da paylaşıb.

Eyni gecə Stavropol diyarının Budyonnovsk şəhərində, "Lukoil” şirkətinə məxsus "Stavrolen” zavodu da pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Astra nəşrinin məlumatına görə, zavod ildə təxminən 340 min ton etilen, 319 min ton polietilen və 113 min ton polipropilen istehsal edir. Bu məhsullar boru, plyonka, kabel izolyasiyası və boya materiallarının istehsalında istifadə olunur.

Astra Budyonnovskdakı partlayışın və yanğının videolarını yerli sakinlərin şərhləri ilə yayıb.

Bir sakin videoda belə deyir:m "Bax, zavodu partlatdılar! Yenə uçurlar! İndi daha da güclü olacaq… Zavod alışdı!”
Qeyd edək ki, Ukrayna son aylarda mütəmadi olaraq işğal altındakı Krımda və Rusiyanın daxilindəki hərbi və enerji infrastrukturuna pilotsuz zərbələr endirir. Hədəflər arasında əsasən neft emalı zavodları, yanacaq bazaları, qaz terminalları və hərbi aerodromlar yer alır.

Bundan əlavə, Ukrayna sərhədi yaxınlığında yerləşən Şebekino şəhərində pilotsuz uçuş aparatlarının yerli müəssisəyə hücumu nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat verib. Qubernatorun sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Elçin Xalidbəyli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR