Onlayn ictimai-siyasi qəzet
İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta növbəti dəfə Azərbaycana gəlib.
Offsideplus.az xəbər verir ki, qonağı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında iş adamı Adnan Əhmədzadə qarşılayıb.
Səfərdə əsas məqsəd ölkəmizdə "Barselona" akademiyasının yaradılmasıdır. Belə ki, Kataloniya klubunun rəhbərliyi yeni maliyyə mənbələri axtarmaq üçün Asiyada müxtəlif proqramların icrasına başlayıb ki, Bakıda akademiyanın açılması da həmin tədbirlər planına daxildir.
Xatırladaq ki, X.Laporta 3 ay öncə də Bakıda olmuşdu. O, ötən ilin noyabrında COP29 çərçivəsində payaxtımıza səfər etmişdi.
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ